SON DƏQİQƏ
» » Sevindirici XƏBƏR: Koronavirus vaksininin istehsalı başladı

Sevindirici XƏBƏR: Koronavirus vaksininin istehsalı başladı

Tarix:

14-07-2020, 09:42

/ 3 212 dəfə oxundu.
Sevindirici XƏBƏR: Koronavirus vaksininin istehsalı başladı

ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.

Bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.

"Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində", - mənbə telekanala deyib.

Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansı hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil. / "Report"

скачать dle 12.1

Şərhlər