SON DƏQİQƏ

Koronavirusa qarşı uzunmüddətli immunitetlə bağlı gözlənilməz açıqlama

Tarix:14-07-2020, 08:12 Oxunub:1 210

Sağalan insanlarda koronavirusa qarşı immunitet cəmi üç ay ərzində kəskin şəkildə azalır.

Bu barədə "The Guardian” "Kings College London”un alimlərinin araşdırmasına istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, xəstələrdə virusa qarşı anticisimlərin ən yüksək miqdarı ilk simptomların başlanmasından üç həftə sonra qeydə alınır. Alimlər qeyd edir ki, pasiyentlərin 60 faizində bu dövrdə koronavirusa qarşı çox yüksək immunitet müşahidə edilir.

<iframe class="adviad-resize" style="text-align: justify; max-width: 100%; width: 590px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
Ancaq üç aydan sonra xəstələrin yalnız 17 faizində infeksiyaya qarşı güclü immunitet qalır.

Həmçinin üç ay ərzində üzərində sınaq aparılanların bir çoxunun qanında anticisimlərin sayı əhəmiyyətsiz dəyərlərə düşüb, bəzilərində isə, ümumiyyətlə, aşkar edilməyib.

Tədqiqatın aparıcı müəllifi Keti Dores koronavirusa qarşı uzunmüddətli immunitet nəzəriyyəsinin təkzib edilməsinin fərqli ölkələrdə peyvənd prosesinə əhəmiyyətli təsir göstərə biləcəyini düşünür


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<