SON DƏQİQƏ

Koronavirusun daha 4 simptomu aşkarlandı - SİYAHI

Tarix:

26-06-2020, 12:15

/ 4 279 dəfə oxundu.
Koronavirusun daha 4 simptomu aşkarlandı - SİYAHI

Koronavirusun 4 yeni simptomu müəyyən edilib.

Bu barədə ABŞ-ın İnfeksion Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Koronavirusun bilinən qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı kimi əlamətlərinə halsızlıq, ishal, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma daxil olub.

Beləliklə, 10 milyona yaxın insana yoluxan SARS-CoV-2 virusunun müəyyən edilən 11 simptomu mərkəzin internet saytında siyahı şəklində yer alıb.

Siyahı belədir: qızdırma, quru öskürək, tənəffüs çatışmazlığı, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dadbilmə qabiliyyətinin itməsi, boğaz ağrısı, burunda tıxanıqlıq və ya burun axıntısı və ürəkbulanma, ishal, qusma.

скачать dle 12.1

Şərhlər