SON DƏQİQƏ

Kərə yağı ilə bağlı qorxudan AÇIQLAMA

Tarix:

6-06-2020, 09:17

/ 2 944 dəfə oxundu.
Kərə yağı ilə bağlı qorxudan AÇIQLAMA

Rusiyalı bioloqlar kərə yağının tərkibində olan bakteriyaların tərkibini və keyfiyyətini sadalayıblar.

 "Food” jurnalında bu barədə məqalə nəşr edilib.

Bu məhsulun təhlükəli qida mikroblarının öyrənilməsi üçün əlverişli olduğu məlum olub. Professor Yevgeni Popov bildirib ki, kərə yağının patogen bakteriyalar üçün əlverişli mühit yaratdığı ilk dəfə açıqlanır.

Əvvəllər alimlər yağın bakteriyaların böyüməsinə güclü müdaxiləsini güman etdikləri üçün onun içərisində olan mikroorqanizmləri tədqiq etmirdilər. Tədqiqatçıların fikrincə, artıq yağın keyfiyyətinə və təhlükəsizliyinə dair yoxlamalar sərtləşdirilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına görə, hər il təxminən 600 milyon insan qidadan zəhərlənir. Onlardan təxminən 420 min nəfəri qida içərisində patogen və ya şərti patogen bakteriyaların olması nəticəsində yaranan infeksiyalardan ölüb. Kütləvi qida zəhərlənmələrinə təkcə inkişaf etməkdə deyil, həm də keyfiyyətə nəzarətin yüksək olduğu inkişaf etmiş ölkələrdə rast gəlinir. (Konkret.az)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ