SON DƏQİQƏ
» » Koronavirusun müalicəsində bu dərmanlardan istifadə edilir

Koronavirusun müalicəsində bu dərmanlardan istifadə edilir

Tarix:

28-03-2020, 09:37

/ 1 937 dəfə oxundu.
Koronavirusun müalicəsində bu dərmanlardan istifadə edilir

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.
TASS bu barədə nazirliyin saytında yayılan məlumata istinadən xəbər verir.
"Umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsində qəbul edilə bilər. SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, - nazirliyin sənədində qeyd edilir.
Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır.
"Bununla əlaqədar olaraq, dərmanların tibbi komissiyanın qərarı ilə müəyyən edilmiş qaydada istifadəsinə icazə verilir”, - deyə tövsiyə edilir
 
скачать dle 12.1

Şərhlər