SON DƏQİQƏ
» » Lukaşenkodan koronavirus resepti: “Araq, sauna və traktor”

Lukaşenkodan koronavirus resepti: “Araq, sauna və traktor”

Tarix:

20-03-2020, 09:12

/ 2 805 dəfə oxundu.
Lukaşenkodan koronavirus resepti: “Araq, sauna və traktor”

Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları təşvişə düşməməyə və virus haqqında çox danışmamağa çağırıb.
GunAz.az bildirir ki, ölkə rəhbəri insanları tarlada işləməyə səsləyib:
"Orda heç kimin yadına virus düşmür. Çıxın tarlaya, traktor sizi müalicə edəcək".
Daha sonra prezident öz qorunma tədbirləri barədə danışıb. Spirtli içki içməyən Lukaşenko bu dəfə fərqli məsləhət verib:
"İndi araqla nəinki əlləri yumaq, gündə 40-50 qram təmiz spirti qəbul etmək virusu zəhərləyib, öldürər. Amma bunu iş vaxtı etməyin".
Əyalətlərdə vəzifələrə yeni təyin etdiyi məmurlara isə Lukoşenko virusdan qorunmaq üçün saunanı məsləhət görüb:
"Həftədə 2-3 dəfə quru saunaya gedin. Çinlilər bizə deyib ki, bu virus 60 dərəcə istiyə dözmür".
"İşləyin, tarlalara çıxın, torpaq hər kəsi müalicə edəcək".medicina.az
 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ