SON DƏQİQƏ
» » Az yatıb necə gümrah qalmaq olar? - Psixiatr Fidan Məmmədova sağlam yuxunun sirlərini açır - VİDEO

Az yatıb necə gümrah qalmaq olar? - Psixiatr Fidan Məmmədova sağlam yuxunun sirlərini açır - VİDEO

Tarix:

14-03-2020, 00:05

/ 1 678 dəfə oxundu.
Az yatıb necə gümrah qalmaq olar? - Psixiatr Fidan Məmmədova sağlam yuxunun sirlərini açır - VİDEO

Yuxu üçün vaxtın olmaması barədə şikayətlər hər kəsdən eşidilir. Müasir həyat ritmi qanuni səkkiz saat yatmağımıza imkan vermir. Səhər gümrah oyanmaq üçün nə etməliyik? Yatmazdan əvvəl arzuları düşünsək, gerçəkləşərmi?      

UMICO keşbək sistemi təfərdaşı Respublika Diaqnostika Mərkəzi ilə birlikdə Respublika Diaqnostika Mərkəzinin həkim-psixiatrı Fidan Məmmədova ilə çox faydalı müsahibə hazırlayıb. Bu və digər suallara orada cavab verilib.

Müsahibə bu gün qeyd olunan Ümumdünya Yuxu Gününə həsr edilib. İlk dəfə Ümumdünya Yuxu Günü 14 Mart 2008-ci ildə Beynəlxalq Yuxu Təbabəti Assosiasiyasının Beynəlxalq Yuxu Günü Komitəsinin təşəbbüsü ilə keçirilib və o gündən etibarən hər il cümə günü bahar bərabərliyindən əvvəl keçirilir.                                           

Qeyd edək ki, yuxu orqanizmin yaşamasının xüsusi bir formasıdır, gündüz oyanışdan az mürəkkəb deyil. Düzgün davam edən yuxu zamanı bədən gündəlik fəaliyyətə sərf olunan qüvvələri bərpa edir, "özünü nizamlayır”. Sağlam bir insan təravət hissi və güc artımı ilə oyanır. Buna görə yuxunun olmaması və ya keyfiyyətsiz olması beynin işində problemlərə, əhvalın pisləşməsinə və hətta orqanizm ilə bağlı ciddi problemlərə səbəb olur.

Videoya baxın və özünüz üçün qeydlər aparın.

Umico və RDM sizə möhkəm cansağlığı arzulayır!


скачать dle 12.1

Şərhlər