SON DƏQİQƏ

İranda infeksiyaya yoluxanlar haqda son statistika

Tarix:

2-03-2020, 08:31

/ 2 878 dəfə oxundu.
İranda infeksiyaya yoluxanlar haqda son statistika

İranın Səhiyyə Nazirliyi bildirib ki, İranda koronavirusa yoluxanlardan indiyədək 123 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimail əlaqələr və informasiya mərkəzinin direktoru Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 593 nəfərin KOVİD-19(COVID-19) infeksiyasına yoluxduğunu bildirib. O, deyib: Təəssüflə, indiyədək 43 nəfər bu virusa yoluxma nəticəsində həyatını itiribdir.

Belə bir halda, İranın səhiyyə nazirliyinin narkomaniya, psixoloji və ictimai sağlamlıq şöbəsinin müdiri deyib: İztirab təhlükəsizlik sisteminə mənfi təsir göstərə və xəstəliklər qarşısında bədəni zəiflədə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ