SON DƏQİQƏ

Qripə, depressiyaya qarşı çay

Tarix:

1-02-2020, 23:56

/ 1 167 dəfə oxundu.
Qripə, depressiyaya qarşı çay

Qışda geniş yayılan qrip, digər virus infeksiyalarının müalicəsi, eləcə də profilaktika məqsədilə dəmələmələr, müxtəlif otlar, meyvələrdən hazırlanan çaylar faydalı hesab olunur.

GunAz.az e-tibb.az-a istinadən Türkiyədən olan dietoloq Büşra Kayanın "qış çayı" reseptini təqdim edir.

Dietoloq hesab edir ki, təqdim olunan çay virus infeksiyalarından qorumaqla yanaşı, depressiv ruh düşkünlüyündən çıxmaq üçün də faydalıdır və gümrahlıq hissi yaradır.

Bunun üçün aşağıdakılar lazımdır:

Heyva

Nar

Limon

Kişmiş

Gavalı qurusu

Alma

Cəfəri

Cökə

Darçın

Bunların hamısının üzərinə 2,5 litr su töküb qaynatmaq sonra süzüb içmək lazımdır. Çay üçün lazım olan vasitələri zövqə uyğun seçmək olar. Məslən, narı yarım stəkan götürmək tövsiyə olunur. Hazırlanan dəmləməni şəkər qarıaşdırmadan isti, ilıq və ya soyudub içmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ