SON DƏQİQƏ
» » QIZDIRMANIN 5 BİLMƏDİYİNİZ SƏBƏBİ – TƏK SOYUQDƏYMƏ DEYİL!

QIZDIRMANIN 5 BİLMƏDİYİNİZ SƏBƏBİ – TƏK SOYUQDƏYMƏ DEYİL!

Tarix:

14-01-2020, 12:32

/ 2 310 dəfə oxundu.
QIZDIRMANIN 5 BİLMƏDİYİNİZ SƏBƏBİ – TƏK SOYUQDƏYMƏ DEYİL!

Əksər hallarda qızdırmanın qalxmasının səbəbi soyuqdəymə və ya qripdir. Bu zaman insanda qızıdrmadan əlavə soyuqdəymə və qripə xas olan digər simptomlar da meydana çıxır – baş və əzələ ağrıları, burun axması, asqırma, öskürək, boğaz ağrısı və s.

Lakin bəzən xəstədə sadaladığımız heç bir simptom yoxdur, qızdırma isə qalxır. ONN media bildirir ki, rusiyalı terapevt, pulmonoloq İrina Beloqlazovanın sözlərinə görə, belə qızıdrma bəzi təhlükəli xəstəliklərə işarə edə bilər və bu halda insan vaxt itirmədən həkimə müraciət etməlidir.

Bu hansı xəstəliklər ola bilər?

1. Bakteriya mənşəli iltihabi xəstəliklər (böyrək, sümüklər, ağciyər, kişi və qadın cinsiyyət sistemi və s. iltihabları).

2. İnfeksion xəstəliklər (vərəm, QİÇS, bruselyoz, Laym xəstəliyi, infeksion mononukleoz) 

3. Autoimmun xəstəliklər (revmatoid artrit, sistemli qırmızı qurd eşənəyi və s.)

4. Zob xəstəlikləri (tireotoksikoz)

5. Onkoloji xəstəliklər (böyrək, qaraciyər, ağciyər şişləri, leykoz).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ