SON DƏQİQƏ

Dərin yuxunun beynə çox mühüm faydası

Tarix:

10-01-2020, 09:14

/ 1 538 dəfə oxundu.
Dərin yuxunun beynə çox mühüm faydası

Boston Universitetinin tədqiqatçıları aşkar ediblər ki, dərin yuxu insan beyninin potensial zəhərli maddələrdən təmizlənməsinə kömək edir.

GunAz.az Azərtac-a istinadən xəbər verir ki, onların tədqiqatının nəticələri "Science" jurnalında dərc edilib. Yeni tədqiqata görə, sinir hüceyrələrinin fəallığının zəifləməsi dərin yuxuda haram iliyin beyinə doğru və geriyə ritmik hərəkətinə məkan yaradır. Alimlərin fikrincə, bu proses metabolizm məhsullarını beyindən yuyur.

Boston Universitetinin biotibb mühəndisliyi kafedrasının dosenti Laura Lüis tədqiqatın nəticələrinə dair hesabatında təsdiq edir ki, ağıldankəmlikdən əziyyət çəkən insanların beyninə anormal şəkildə yapışan zülal - beta-amiloid bu cür "tullantılardandır". Lakin dərin yuxu ağıldankəmliyin və ya digər xəstəliklərin qarşısını almağa kömək edir. Tədqiqatın son məqsədi belə bir problemi başa düşməkdir: nə üçün keyfiyyətsiz yuxu ağıldankəmlikdən tutmuş ürək xəstəlikləri və depressiyayadək müxtəlif xroniki vəziyyətlərin yaranması riskinin yüksəlməsi ilə bağlıdır.

Tədqiqatçılar bundan əvvəl də bilirdilər ki, haram ilik metabolik kənar məhsulların beyindən təmizlənməsinə kömək edir. Onu da bilirdilər ki, bu proses yuxuda güclənir. Lakin bunun necə və nə üçün baş verdiyini bilmirdilər. Buna görə də alimlər bu tədqiqat çərçivəsində invaziv olmayan üsullardan - beyində maye axınının monitorinqi üçün təkmilləşdirilmiş MRT (maqnit-rezonans tomoqrafiya) və beyin hüceyrələrində elektrik fəallığının ölçülməsi üçün elektroensefaloqrammadan istifadə etməklə yuxunu tədqiq etmək üçün tədqiqata 11 sağlam yaşlı adam cəlb ediblər.

Məlum olduğu kimi, yuxunun iki kateqoriyası var: gümrah yuxu (yuxunun göz almacıqlarının sürətli hərəkəti ilə müşayiət olunan mərhələsi) və dərin yuxu. Gümrah yuxu zamanı tənəffüs və ürəkdöyünmə tezliyi nisbətən yüksəkdir. Bu zaman insanlar çox vaxt reallığa uyğun yuxular görürlər. Dərin yuxu dərin və ləng yuxu mərhələlərini əhatə edir. Bu mərhələlərdə baş beyin hüceyrələrinin fəallığının, ürəkdöyünmə tezliyinin və qan dövranının yavaşıması müşahidə olunur. Tədqiqatlar göstərib ki, dərin yuxu gündəlik gərgin işdən sonra yaddaşın konsolidasiyasına və beynin bərpasına şərait yarada bilər.

Amerikalı tədqiqatçıların fikrincə, bu kəşf insan beyninin öyrənilməsində böyük sıçrayış edə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ