SON DƏQİQƏ

Bunlar insanı daha tez qocaldır

Tarix:

10-12-2019, 08:49

/ 3 298 dəfə oxundu.
Bunlar insanı daha tez qocaldır

İnsanların qocalma sürəti fərqlidir. Bəziləri daha tez, bəziləri isə daha gec qocalır. İnsanın pasport və bioloji yaşı var.

Bioloji yaşı pasport yaşından daha az və ya daha çox ola bilər.

Bəs insanı qocaldan əsas amillər hansılardır?

GunAz.az xəbər verir ki, Almaniya alimləri bu mövzuda xüsusi araşdırma aparıblar. Onların müşahidələrinə görə, insanın tez və ya gec qocalması onun genlərindən asılıdır. Lakin bu yalnız genlərdən asılı deyil.

İnsanı qocaldan digər amillər da var:

- hərəkətsizlik

- artıq çəki

- xroniki stress

- qidalı maddələrin (vitamin, minerallar və s.) çatışmazlığı

- siqaret çəkmək

- nəzarət olunmayan və ya pis nəzarət olunan yüksək təzyiq və şəkər

- qanda lipidlərin yüksək səviyyədə olması.

Mütəxəssislər qeyd edir ki, əgər insan bu faktorları aradan qaldıra bilərsə, o, öz yaşından daha cavan görünəcək. /saglamolun.az

скачать dle 12.1

Şərhlər