SON DƏQİQƏ

Smartfonlar beyinə necə ziyan vurur?

Tarix:

30-08-2019, 08:52

/ 1 421 dəfə oxundu.
Smartfonlar beyinə necə ziyan vurur?

ABŞ-ın Ratger Universitetinin alimlərinin yeni tədqiqatları göstərdi ki, əqli gərginliyə fasilə vermək üçün mobil telefondan istifadə beyni dincəltmir və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.
Avromedia.az ted.az-a istinadən bildirir ki, müəlliflərdən biri olan Terri Kurtsberq qeyd edib ki, smartfonumuza, hətta bir baxış bəsdir ki, SMS-ləri yoxlayaq, kiminləsə yazışaq, internetə girmək və s. arzusu yaransın.

Elm adamları 414 kollec tələbəsindən  ibarət bir qrup üzərində araşdırma aparıblar. Onlardan 20 tapmaca üzərində işləmək tələb olunub. Fasilədə iştirakçılardan mini-istirahətini necə keçirmək istədiklərini bildirmək təklif olunub: kompüterdə, kağız vərəqin üzərində və ya smartfonda. Qrupun dördüncü hissəsi, ümumiyyətlə, zehni tapşırıqlar arasında fasilə verməyib.
Belə məlum olub ki, fasilədə telefonlardan istifadə edən tələbələr, istirahət etməyiblər, əksinə zehni yorğunluq hiss ediblər və daha işləyə bilməyiblər. Kurtsberq onu da vurğulayıb ki, biz smartfonlara çox zehni enerji sərf edirik. Düşünə bilərik ki, telefonla fasilə də bir istirahətdir, lakin əksinə bizi yayındırır və iş tapşırıqlarına fokuslanmağa mane olur. Bundan əlavə, alimlər qeyd edirlər ki, smartfonlara həddən artıq aludəçilik piylənmə riskini artırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ