SON DƏQİQƏ
» » Qupquru, saman saçlar – Hansı xəstəlikdən xəbər verir?

Qupquru, saman saçlar – Hansı xəstəlikdən xəbər verir?

Tarix:

23-08-2019, 08:23

/ 1 407 dəfə oxundu.
Qupquru, saman saçlar – Hansı xəstəlikdən xəbər verir?

Quru, saman kimi, cansız və qırılan saçlar bu gün çox insanı narahat edir. Nə şampun, nə maska, nə balzamlar kömək etmir. Siz buna sadəcə saçların vəziyyəti, materialı kimi baxırsız. Amma əslində dərində səbəblər var.

Milli.Az medicina.az-a istinadən saçların qurumasın, qırılmasına səbəb olar orqanizmdəki problemləri təqdim edir. Bu xəstəliklərdən şübhələnə bilərsiniz.

Saçlar və su

Saçlar üzdən hansısa balzam, nəmləndirici, yuyulma ilə suyu özünə çəkmir, o suyu köklərindən alır, daha doğrusu piy vəzilərindən. Bir sutka ərzində baş dərisində olan vəzilər 50 qr dəri piyi ifraz edir. Bu piy dərinin üst səthində əmələ gələrək, çıxan və uzanan saçların su-lipid mantiyasını əhatə edərək, onu UBV şüalardan, ətraf mühit təsirindən qoruyur, əmələ gələn ölü hüceyrələrdən təmizləyir, saçlara yumşaqlıq, parıltı verir, bir sözlə qurumağa qoymur.

Bu piyli maddənin tərkibində su, xolesterin, yağ turşuları, vitaminlər, mum və s. vardır.  Məhz piy vəzilərinin hasil etdiyi bu zəngin qoruyucu maddə pozulduqda, az olduqda saçlar quruyur. Bu isə insanın qidası, işi, həyat tərzi, sağlıq durumundan asılıdır.

Hər bir saç tükü kutikula ilə örtülüb. O da şəffaf keratindən ibarət olub, saçı qurumaqdan qoruyur.

Saç qurumasının səbəbləri

Əgər piy vəziləri müdafiə elementi olan sebumini az hasil edirsə, zəifdirsə, saçlar quru, solğun, cansız olacaq. Bu yaşlanma ilə əlaqədar ola bilər. Uşaq saçı ilə 30 yaşlı insanın saçı bir deyil.

Dəridə piy ifrazı nə qədər azdırsa, baş dərisində quruma sahələri bir o qədər çox olur, kəpək, qaşınma, quruma başlayır.
İkinci səbəb kutikulun zədələnməsidir. Bu saçların suyu özündə saxlamasını pozur.

İnsan özü səbəbkardır:

Çox zaman insan özü zərərli davranışı ilə bu maddələri pozur. Məsələn tez-tez saçları uyğun olmayan kobud, qatı, kimyəvi şampun, sabunla yumaq, saçlara kimyəvi qatqılı sprey, lak, jele, krem vurmaq,saçları rəngsizləşdirmək, burmaq, isti fen,rənglər və s.

Eləcə də peşə ilə əlaqədar küləkdə, quru havada, gün altında olmaq, göldə, dənizdə çox çimmək, xlorlu su, kimyəvi maddələr çox olan sahələrdə çalışmaq insanın saçlarını korlaya bilər.

Qadınlarda hormonal səbəb

45 yaşdan sonra saçlar menopouza, klimaks, hamilələrdə hormonal dəyişiklik, doğuşdan sonra, hormonal pozuntular. zob xəstəlikləri, hormonal dərmanlar qəbul etdikdə də saçlar quruyur, tökülür.

Xəstəliklər

Sinir anoreksiyası, doymuş turşu və zülal defisiti, vegeterianlıq, orqanizmin susuzlaşması, hipotoniya, qalxanvari vəzin hipoteriozu, Haşimoto, dəmir defisitli anemiya zamanı da saç follikulları ölür, saçlar qidalanmır, müdafiə maddələri azalır.

Mədə-bağırsaq xəstəlikləri - lazımlı mikro makro elementlərin pozulması, ferment çatışmazlığı zamanı saçlar quruyur
Bir sıra genetic xəstəliklər - Menkes sindromu, Neterton sindromu və s.

Əgər saçlarınız çox qurudursa, yuxarıdakı səbəblərdən sizə aid olanını azaldın, qida və su, vitamin qəbuluna diqqət ayırın.
Bir müddət saçlara istirahət edin, rəng, fen, kimyəvi müdaxilə və s. Ən azı 3 ay.

Saç kökləri, baş dibi, follikulların vəziyyətini öyrənmək üçün trixoloqa müraciət edin.
Daha sonra isə endokrinoloqa müraciət edərək, qalxanvari vəz və hormonları yoxladın

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ