SON DƏQİQƏ

Qan qrupları

Tarix:

16-08-2019, 19:04

/ 3 382 dəfə oxundu.
Qan qrupları

Qan qruplarıDr. Sevinc Əlifəttahzadə

Bəzi insanların qan zərdabları digər insanların eritrositlərini aqlütinasiya etmək qabiliyyətinə malikdir. Buna səbəb eritrositlərdə A və B aqlütinogenlərinin(antigen) və zərdabda α və β aqlü-tininlərinin (antitel) olmasıdır. Bu aqlütinogenlərin eritrositlərdə olası ilə əlaqədar olaraq bütün insanların qanı 4 qrupa bölünür:

I qrup – 0 – α və β – 0(I)

II qrup – A α – A(II)

III qrup – B α – B(III)

IV qrup – AB-0 – AB(IV)

AvB aqlütinogenləri ana bətnində embrionun 2 aylığından əmələ gəlməyə başlayır. α və β aqlüti-ninləri isə doğulandan sonra 6 ay müddətində formalaşır. AB0 sistemi sabit və daimidir. A və B antigenləri insanın təxminən bütün hüceyrələrində aşkar olunur. Təkcə onurğa beyni mayesində olmur. I qrup qanı bütün qruplara köçürmək olur. II qrup qanı II qrupa və IV qrupa köçürmək olar. III qrup qanı III qrupa və IV qrupa köçürmək olar. IV qrup qanı yalnız IV qrupa köçürmək olar. I qrup heç bir qrupdan qan almır, II qrup I qrupdan və özündən qan alır, III qrup özündən və I qrupdan qan alırIV qrup bütün qruplardan qan alır.

Belə zənn ediblər ki, insan qanının serumunda insanın öz antigen – aqqlütinogenlərinə qarşı antitel-aqqlütinin yoxdur. İnsan qanının eritrositləri normal halda qalıb aqqlütinasiyaya uğrama-ması da bununla izah edilir.

Müxtəlif adamların qanında aqqlütininlərdən biri, ya ikisi olur, ya da heç biri olmur. Uyğun olmayan qan köçürüldükdə eritrositlər yapışırlar, həm də dağılırlar (hemoliz törənir). – Bu hadisə onunla izah olunur ki, plazmada aqqlütininlərlə bərabər eyni adlı hemolizinlər də mövcuddur.

 

Əgər hər iki valideyn I qrup qan daşıyıcısıdırsa onlardan olan uşaqlarda yalnız I qrupa malik uşaq dünyaya gələ bilər. II, III, IV qrup ola bilməz.

Əgər valideynlərdən biri I qrup, digəri II qrupdursa, uşaqları I və ya II qrup ola bilər. III, IV qrup ola bilməz.

Əgər Valideynlərdən biri I qrup, digəri III qrupdursa, uşaqlar I və ya III qrup ola bilər. II, IV qrup ola bilməz.

Əgər valideynlərdən biri I qrup, digəri IV qrupdursa, uşaqlar II qrup və ya III qrup ola bilər. I, IV qrup ola bilməz.

Əgər hər iki valideyn II qrupdursa, uşaqlar və ya II qrup ola bilər. III, IV qrup ola bilməz.

Əgər hər iki valideyn III qrupdursa, uşaqlar I və ya III qrup ola bilər. II, IV qrup ola bilməz.

Əgər hər iki valideyn IV qrupdursa, uşaqlar II,III, IV qrup ola bilər. I qrup ola bilməz.

Əgər valideynlərdən biri II qrup, digəri III qrupdursa, uşaqlar 0,I,II,III, IV qrup ola bilər.

Əgər Valideynlərdən biri II qrup, digəri IV qrupdursa, uşaqlar II,III,IV qrup ola bilər. I qrup ola bilməz.

Əgər valideynlərdənlərdən biri III, digəri IV qrupdursa, uşaqlar II,III,IV qrup ola bilər. I qrup ola bilməz.

Qan qrupundan asılı olmayaraq 85% insanların eritrositlərində rezus amili vardır. Belə insan-lara rezus + (Rh+) qanı olan şəxslər deyilir. 15% insanlarda rezus amili yoxdur. Belə insanlar re-zus – (Rh) şəxslər sayılır.

Əgər qanı (Rh) olan resipientə (qan alan) təkrari (Rh+) qan köçürüldükdə gələcəkdə bu orqani-zmdə antitellər əmələ gələ bilər.

    (Rh) qadının bətnində hamilə zamanı (Rh+atadan qan götürmüş döl varsa, ananın qanında antitellər əmələ gələ bilər, yəni ərlə arvad arasında olan rezus konflikt zamanı.

Əgər atada Rh, anada Rh+ homoziqotdursa, onda anadan olan bütün uşaqlar Rh+ olurlar.

Əgər ata heteroziqotdursa, onda uşaqların 50% Rholurlar.

Əgər hamilə qadın Rh, döl isə Rh+dirsə (atanın rezusunu götürmüşsə), onda ananın qanı ilə döl qanı arasında rezus uyuşmazlığı baş verir.

Dölün Rh+eritrositləri cift vasitəsilə ananın qan dövranına keçir. Ananın orqanizmi immuniza-siya olur və antirezus – anticismi hasil etməyə başlayır. Ananın qanında əmələ gəlmiş antirezus – antitel cift vasitəsilə döl qanına keçir və aqlütinasiya yaradır, ondan sonra eritrositlər hemolizə uğrayır.

Qeyd etmək lazımdır ki, zədələnmiş ciftdən eritrositlərin dölə keçməsi və rezus antitel daha asan baş verir.

скачать dle 12.1

Şərhlər