SON DƏQİQƏ

Xolesterini aşağı salır, əhvalı qaldırır...

Tarix:

10-08-2019, 08:41

/ 2 885 dəfə oxundu.
Xolesterini aşağı salır, əhvalı qaldırır...

Mütəxəssislər əriyi ən faydalı meyvə adlandırıb. Belə ki, ondan gündəlik istifadə etməklə bir çox xəstəliklərin inkişafının qarşısını almaq mümkündür.

“Qafqazinfo”nun “MedikForum”a istinadən məlumatına görə, həkimlər əriyin ürək-damar və ya qaraciyər problemi olan insanlar üçün son dərəcə faydalı olduğunu açıqlayıb. Onlar bu meyvənin hamilə qadınlara da xeyirli olmasını bildirib. 

Belə ki, ərik, aşağı kalorili məhsul olmasına baxmayaraq, onun tərkibində çox sayda faydalı maddələr var. Bu isə xolesterini aşağı salır və bütün orqanizmin ümumi tonusunu qaldırır. 

Bundan əlavə, ərik orqanizmdən toksin və şlakları təmizləmək gücünə malikdir. Diyetoloqlar da artıq çəki ilə mübarizədə ərikdən istifadə etməyi məsləhət görür. Bu meyvə bir tərəfdən əhvalı qaldırır, digər tərəfdən isə orqanizmə əlavə kalori qazandırmır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ