SON DƏQİQƏ
» » Alça yedikdən dərhal sonra bunu etsəniz... - Mütəxəssislərdən xəbərdarlıq

Alça yedikdən dərhal sonra bunu etsəniz... - Mütəxəssislərdən xəbərdarlıq

Tarix:

28-06-2019, 09:04

/ 2 386 dəfə oxundu.
Alça yedikdən dərhal sonra bunu etsəniz... - Mütəxəssislərdən xəbərdarlıq

Təzə meyvə, bəzi bitki tərkibli çay kimi sağlam qidalarla yanaşı, turşulu içkilər, turş və ya şirin yerməklər də dişlərdə eroziyaya səbəb olur.

Publika.az xəbər verir ki, aparılan bir araşdırmada gündə iki dəfədən çox sitrus meyvələri yeyənlərin tez-tez bu meyvələrdən yeməyənlərə nisbətən 37 dəfə daha çox diş eroziyası riski ilə qarşı-qarşıya olduğu ortaya çıxıb.

Alma sirkəsi və ya idman edərkən istifadə olunan içkilərdən həftədə bir və ya bir neçə dəfə içənlərlə hər gün qazlı içki içənlər də risk qrupuna aid edilir. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 qat çoxaldır.

 

Mütəxəssislər bildirir ki, yemək yedikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Çünki turş qidalar, idmançılar üçün içkilər diş minasını yumşaldır. Bu qidaları yedikdən dərhal sonra diş fırçalamaq turşunun diş minası üzərindəki təsirini sürətləndirə bilər və alt təbəqəsini aşındırar. Çünki yeməkdə dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Diş fırçalamaq isə həmin turşunun ağız boşluğuna dağılmasını təmin edir. Turşu diş minasının keyfiyyətini aşağı salır, beləliklə, dişlər daha tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra fırçalamaq lazımdır. Ən ideal diş fırçalamaq zamanı isə yatmazdan əvvəldir. Turş qidalar yedikdən sonra turşunu dişlərdən uzaqlaşdırmaq üçün əvvəlcə ilıq su ilə ağız boşluğunu qarqara etmək, daha sonra 1 fincan ilıq su içmək lazımdır.

скачать dle 12.1

Şərhlər