SON DƏQİQƏ

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Tarix:

13-05-2019, 19:39

/ 406 dəfə oxundu.
Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Qarğıdalı saçağından hazırlanan çay içmisiniz? İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da orqanizmimizə inanılmaz köməyi var.

Faydaları:

Müxtəlif xəstəliklərlə savaşan bu çayın sidikqovucu xüsusiyyəti var. Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını yüksək şəkildə alır.

Kişilərdə rast gəlinən prostat vəzi problemlərini aradan qaldırır.
Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.

Yüksək təzyiqi aşağı salır və qan təzyiqini normallaşdırır.

Diabet xəstəliyinə də faydalı olan qarğıdalı saçağı çayı xronik yorğunluğu olan şəxslərdə qüvvətlənməyə kömək edir.

Hazırlanması:

Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ