SON DƏQİQƏ
» » Çuğundurla limon qarışığının möcüzəvi faydası

Çuğundurla limon qarışığının möcüzəvi faydası

Tarix:

8-03-2019, 16:05

/ 10 472 dəfə oxundu.
Çuğundurla limon qarışığının möcüzəvi faydası

Çuğundurla limon qarışığı qaraciyərə qısa müddətdə müalicəvi təsir göstərir.

Publika.az xəbər verir ki, bu iki faydalı məhsul qaraciyərin təmizlənməsi üçün olduqca effektli vasitədir.

Ciyər ən mühüm orqanlarından biridir, çünki o orqanizmin təmizlənməsinə cavab verir. Odur ki, hər zaman onun qayğısına qalmaq lazımdır. Son illər qaraciyər yağlanması problemi çox tez-tez rast gəlinən haldır. Bu, qaraciyər hüceyrələrində triqliseridlər və yağ turşularının toplanması nəticəsində yaranır.

Bu problem üçün ən yaxşı təbii müalicə üsulu çuğundur ilə limondan hazırlanan sadə reseptdir.

Ərzaqlar:

- 2 ədəd limon

- 2 ədəd orta çuğundur

- 1 stəkan su

Hazırlanması:

Çuğundurları su ilə birlikdə blenderdən keçirin, sonra qarışığı süzün. Sonda limon suyunu sıxıb şirəyə əlavə edin.

İkinci reseptdə daha çox inqrediyent var:

Ərzaqlar:

- 2 ədəd limon

- 2 ədəd alma və cəfəri suyu (500 ml)

- Yarım qaşıq zeytun yağı

- Bir diş sarımsağın yarısı

- Yarım xörək qaşığı zəncəfil

- Bitki çayı

Hazırlanması:

Bütün inqrediyentləri blenderdən keçirin və içki hazırdır (soyuducuda saxlanılır). Onu beş gün ərzində ardıcıl olaraq hər yeməkdən iki saat əvvəl istifadə edin.

Aytən Məftun

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ