SON DƏQİQƏ
» » Bu qidalar ən təhlükəli xərçəng növlərindən qoruyur

Bu qidalar ən təhlükəli xərçəng növlərindən qoruyur

Tarix:

23-02-2019, 13:21

/ 10 620 dəfə oxundu.
Bu qidalar ən təhlükəli xərçəng növlərindən qoruyur

Soğan və sarımsağın bir çox faydalı xüsusiyyətləri vardır.

 

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar bu 2 tərəvəzin o cümlədən xərçəng əleyhinə təsirini də

sübut edib. 

 

Çin alimlərinin son araşdırması göstərib ki, soğan və sarımsağın müntəzəm istehlakı ən yayılmış və təhlükəli xərçəng növü sayılan bağırsaq xərçəngindən qoruyur. 

 

Sağlamolun.az xəbər verir ki, alimlər 1,6 min insanın qidalanma və həyat tərzini təhlil ediblər. Nəticədə onlar belə qərara gəliblər ki, soğan və sarımsağı daim istehlak edən insanlarda bağırsaq xərçənginin riski bu tərəvəzləri yeməyən və ya nadir hallarda yeyənlərlə müqayisədə 79% (!) azdır.

 

Mütəxəssislər qeyd edirlər ki, termik emaldan sonra soğan və sarımsağın tərkibində olan faydalı maddələrin miqdarı kəskin azalır və bu səbəbdən yalnız çiy tərəvəzlər orqanizmə xərçəng əleyhinə təsir edir. 

 

Həmçinin alimlər qeyd edirlər ki, soğanın tərkibində olan bioloji aktiv maddələr qadınlarda süd vəzi və yumurtalıqlar, kişilərdə prostat vəzi xərçənginin riskini azaldır. 

 

Fransa alimləri isə sübut edirlər ki, sarımsağın müntəzəm istehlakı mədə xərçənginin riskini 50% qədər azaldır. 

 

Nəzərə almaq lazımdır ki, söhbət yalnız çiy soğan və sarımsaqdan gedir. 

 

 

SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ