SON DƏQİQƏ
» » Qəbizlik xəstəlikdir, ya yox? - Nə etməli, nə yeməli?

Qəbizlik xəstəlikdir, ya yox? - Nə etməli, nə yeməli?

Tarix:

15-02-2019, 10:06

/ 10 426 dəfə oxundu.
Qəbizlik xəstəlikdir, ya yox? - Nə etməli, nə yeməli?

Bu gün qəbizlik adi hala çevrilib və normal tualeti olan insan barmaqla sayılacaq qədərdir. Əslində çoxları qəbizliyə xəstəlik kimi yanaşmasa da, bir çox problemlər qəbizlikdən yaranır: baş ağrısı, ağızdan pis qoxu, dərinin boğuq rəng alması, halsızlıq, həzm problemləri, əsəb və s.

“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, qəbizlik bir çox mədə-bağırsaq, hətta sinir və beyin mənşəli olsa da, adi qəbizliyi düzgün qidalanma ilə azaltmaq və aradan qaldırmaq olar.

Həkimlər deyir ki, düzgün qidalanma ilə yanaşı, düzgün həyat tərzi və aktiv hərəkət də olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının təklifinə görə, qidalanmada heyvən mənşəli qidaları və yağları azaltmaq lazımdır. Xüsusən trans yağlardan imtina etmək lazımdır. Qidalanmada bitki tərkibli qidalar və çiy meyvə-tərəvəz, paxlalılar, yarmalılar üstünlük təşkil etməlidir. Eyni zamanda, sadə karbohidratları azaltmaq lazımdır. Bunlar şirniyyat, makaron, qazlı içkilər, qənd, şəkərdir.

Tibbə görə, insanın gün ərzində 1-2 dəfə tualetə getməsi normaldır. Həftədə 3-5 dəfə olarsa da, bu, normala yaxındır. Qalan hallarda bundan əskik say qəbizlik hesab olunur.

Bağırsaqların boşalmasını stimulə edən ərzaqları təqdim edirik:

- Quru meyvələr

- Çiy meyvələr

- Kefir

- Marinadlar

- Turş meyvələr

- Yulaf, qarabaşaq

- Qara və çovdar çörəyi

- Kəpəkli çörək

Qəbizliyi olanlar üçün ən uyğun ərzaqlar: kələmin bütün növləri, qara gavalı, üzüm, qarpız, çuğundur.

Qəbizliyə səbəb olur:

- Çay, kakao

- Mannı və düyü sıyığı

- Püre, şorba

- Sürtgəcdən keçirilmiş yeməklər

Bu yeməklər bağırsağın divarının yığılıb-açılmasına mənfi təsir edir, onu qıcıqlandırmır.

Müntəzəm olaraq bu yeməkləri hazırlayıb yeyin:

- Kələmdən yaşıl borş

- Tərkibində qara gavalı olan salatlar

- Qara gavalılı borş

- Çuğundurdan kotlet

Yeməklərə sarımsaq qata bilərsiz. Çalışın gün ərzində adi su için. Çaydan uzaq durun.

скачать dle 12.1

Şərhlər