SON DƏQİQƏ

Qazlı suların ölümcül təhlükəsi aşkarlandı

Tarix:

29-12-2018, 09:47

/ 10 409 dəfə oxundu.
Qazlı suların ölümcül təhlükəsi aşkarlandı

Qazlı sudan mütəmadi olaraq istifadə ağır böyrək xəstəliklərinin meydana gəlməsi riskini artıra bilər.

GunAz.az xəbər verir ki, belə bir nəticəyə amerikalı tibbi tədqiqat qrupu gəlib.

Elmi tapıntının nəticələri “Clinic Journal of the American Society of Nephrology” jurnalında dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada kökəlmə “epidemiyası” müşahidə olunur. Artıq çəkidən planet əhalisinin üçdə bir hissəsi əziyyət çəkir. Onların 15 faizində ağır formal piylənmə qeydə alınıb. Xəstəliklərin 47 faizi, o cümlədən, ateroskleroz, infarkt, insult, diabet və xərçəng metabolizmin pozuntuları ilə əlaqədar olur.

Tədqiqatçıların fikrincə, kökəlmə epidemiyasının əsas səbəbkarı şəkər və şirin qazlı içkilərdir. Qazlı suyun normadan artıq qəbulu hər il 184 min nəfərin həyatına son qoyur. Qurbanların çoxu Latın Amerikası və ABŞ sakinləridir.

Bundan başqa, alimlər normadan artıq qazlı su qəbulunun başqa neqativ fəsadlarını da üzə çıxarıb. Tədqiqat qrupu son 14 ildə üç min afroamerikalının sağlamlıq vəziyyətini müşahidə edib. Məlum olub ki, onların 6 faizi böyrəyin xroniki xəstəlikləri ilə üzləşib. Onların əksəriyyəti həddən artıq miqdarda şirin qazlı sular içib.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ