SON DƏQİQƏ

8 saatdan çox yatırsınızsa - MÜTLƏQ OXUYUN!

Tarix:

19-12-2018, 14:47

/ 10 413 dəfə oxundu.
8 saatdan çox yatırsınızsa - MÜTLƏQ OXUYUN!

Yuxunun az olması ziyanlıdır - ürək-damar sistemi xəstəliklərinin və hormonal pozulmaların riskini artırır, immuniteti zəiflədir.

Bu səbəbdən mütəxəssislər gecə 6-8 saat yatmağı tövsiyə edirlər.

Lakin çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Belə ki, bir neçə ölkədən olan alimlər 8 il ərzində yuxunun sağlamlığa olan təsirini araşdırıb.

GunAz.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 21 ölkədən 35-70 yaş arasında 116 mindən çox insan iştirak edib.

Araşdırma göstərib ki, 6-8 saat yatan insanlarda müxtəlif xəstəliklərin riski daha azdır.

8-9 saat yatan insanlarda müxtəlif xəstəliklərin riski 5%, 9-10 saat yatan insanlarda - 17%, 10 saatdan çox yatan insanlarda 41% artır.  

Maraqlıdır ki, araşdırmanın nəticələrinə görə, yuxunun az olması insan sağlamlığına daha az ziyan vurur.

Bundan əvvəl aparılmış araşdırma göstərib ki, 8 saatdan çox yatan qadınlarda süd vəzi xərçəngi riski 20%-ə qədər artır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ