SON DƏQİQƏ

Faydasını bildikdə onu zibilə atmayacaqsınız

Tarix:

3-12-2018, 08:16

/ 10 492 dəfə oxundu.
Faydasını bildikdə onu zibilə atmayacaqsınız

Yumurta - insanların çoxunun gündəlik rasionunun ayrılmaz hissəsidir. Ondan həm müxtəlif yemək və şirniyyatların tərkibində, həm də ayrıca istifadə etmək mümkündür. Onun qabıqlarını isə lazımsız tullantı kimi atırıq. Amma aparılan araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb. Sən demə, yumurtanın qabığı da, ən azı özü qədər faydalıdır. Xüsusilə güclü sümüklərin olması üçün.

GunAz.az axşam.az-a istinadən yumurta qabığının faydası ilə sizləri tanış edir:

1. Yumurtanın qabığı ümumilikdə 27 faydalı elementdən ibarətdir ki, onların arasında sink, kalsium, kalium, maqnezium, dəmir və sair var.
2. Orta boy bir yumurtanın qabığından 1 çay qaşığı toz əldə edilə bilir. Bunun tərkibində isə 800 mq. kalsium var. Ancaq unutmayın ki, kalsiumun da çox qəbul edilməsi əzələ tutmalarına səbəb ola bilər. 

3. Osteoporoz (sümük əriməsi) - Xüsusilə yaşın artması ilə ortaya çıxa biləcək bu bəladan qurtulmaq üçün dava-dərmana başlamağa elə də ehtiyac yoxdur. Bunun üçün ilk olaraq yumurtaları suda qaynadın. Daha sonra qabıqları içindəki pərdədən ayırın və mətbəx robotunda üyüdün. Təzə sıxılmış meyvə suyu və ya süd ilə gündə 1 çay qaşığı qəbul edib.

5. Dəri rəngini açır - yumurtanın qabığını əzin. 2 çay qaşığı yumurta qabığını, 2 yemək qaşığı yumurta ağı 2 çay qaşığı yoqurt 4 damla limon suyunu qarışdıraraq dəriyə sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Bu maskanın köməyi ilə dəri yenilənir, rəng pozğunluqları aradan qalxır.

6. Dırnaq və saçları möhkəmlndirir.

7. Diş əti qanamalarını azaldır.

8. Qəbzliyi aradan qaldırır.

9. Yuxusuzluğun dərmanıdır 

10. Bitkilərin qurumasının qarşısını alır (toz gübrə olaraq bitkilərin dibinə töküldükdə ziyanvericiləri məhv edir).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ