SON DƏQİQƏ

Depressiyanın qarşısını alan QİDALAR

Tarix:

15-10-2018, 08:00

/ 10 414 dəfə oxundu.
Depressiyanın qarşısını alan QİDALAR

Elm adamları tərəfindən bəzi qidaların insanda depressiyanın qarşısını aldığı sübut olunub.

GunAz.az həmin qidalardan bir neçəsini təqdim edir.

Badam

Tərkibi maqneziumla zəngindir. O bədən üçün önəmlidir, çünki maqnezium əksikliyi depressiyaya və digər psixoloji problemlərə səbəb olur. Gündə 23 ədəd badam yeyərək ruh halınızdakı dəyişiklikləri görə bilərsiniz.

Şokolad

Təbii antidepresantdır. Eyni zamanda bədəndəki serotonin səviyyəsini artırır. Şokolad stress hormonlarının istehsalını yavaşladır və narahatlığın qarşısını alır. Depressiyanı müalicə etmək üçün hər gün bir parça şokolad yeyin.

Yumurta

Yumurta protein və digər qida maddələri ilə zəngindir. Bu da depressiya ilə mübarizədə çox təsirli qidadır. Yumurtaları qaynadılmış, omlet halında yeyə bilərsiniz.(Metbuat.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ