SON DƏQİQƏ

Soyuqdəymənin qarşısını alan təbii üsullar

Tarix:

10-10-2018, 13:53

/ 10 487 dəfə oxundu.
Soyuqdəymənin qarşısını alan təbii üsullar

Soyuq havaların özünü hiss etdirməsi ilə burun axıntıları, baş ağrıları, boğaz ağrıları və öskürək kimi bir çox soyuqdəymə əlamətləri ortaya çıxır.

GunAz.az istinadla bildirir ki, soyuqdəymə fərqli virusların səbəb olduğu bir infeksiya növüdür. Çox ağır olmadığı müddətcə ev şəraitində, təbii üsullar ilə müalicə oluna bilər.

Sarımsaq kürü

Sarımsağın antibakterial xüsusiyyəti var. Ağciyər, qaraciyər və ürəyi qüvvətləndirir. Mədə və bağırsaqları dezinfeksiya edərək zərərli bakteriyaları da yox edir. Nəfəs borusu problemlərini aradan qaldırır. Evdə təbii üsullarla hazırlanan sarımsaq kürü soyuqdəyməyə yaxşı təsir edəcək ən güclü vasitələrdən biridir. Bu kürü hazırlamaq üçün bir ədəd sarımsağı yaxşıca əzdikdən sonra iki çay qaşığı limon suyu əlavə edin. Bir çay qaşığı bal və yarım çay qaşığı qırmızı bibər əlavə etdikdən sonra yaxşıca qarışdırın. Bu kürü soyuqdəymə keçənə qədər hər gün istifadə edin. Bundan başqa xəstəlikdən surətlə xilas olmaq üçün yemək aralarında sarımsaq istifadə etmək çox faydalıdır.

 

Zəncəfil

Zəncəfil soyuqdəymə və qrip müalicəsində istifadə ən təsirli qidadır. Təbii bir ağrıkəsicidir. Bundan başqa zəncəfildən xəstəliyi aradan qaldıran bir qarışım da hazırlamaq da mümkündür. Zəncəfil, mixək və duzdan hazırlanan bu qarışımdan gündə 2 çay qaşığı istifadə edə bilərsiniz.

 

Bal

Bal soyuqdəyməyə səbəb olan bakteriya və virusları öldürür. Buna görə də, baldan istifadə soyuqdəymənin müddətini azaldır. Boğaz ağrılarını azaldır və müalicə edir. baldan hazırlanan asan və təbii qarışımla sağlamlığınıza tez bir zamanda qovuşa bilərsiniz. Bunun üçün bir çay qaşığı bala limon suyunu damladaraq istifadə edin. Bu qarışımı qısa aralıqlarla qəbul etmək soyuqdəymənin sürətlə ortadan qalxmasına kömək edir.

 

Darçın

Darçın boğaz ağrısına və quruluğuna yaxşı təsir edir və sağaldır. Bir stəkan qaynar suya əlavə etdiyiniz bir yemək qaşığı toz darçın və iki mixəyi 15 dəqiqə müddətdə dəmləyin. Daha təsirli olması üçün içinə bal da əlavə edə bilərsiniz. Hazırladığınız bu çaydan gündə ən çox 3 dəfə içə bilərsiniz.

 

Bu üsulları istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.

скачать dle 12.1

Şərhlər