SON DƏQİQƏ

Saçların tökülməsini azaldan ot dəmləmələri

Tarix:

22-05-2018, 14:59

/ 10 495 dəfə oxundu.
Saçların tökülməsini azaldan ot dəmləmələri

Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini yaxşılaşdırmaq, möhkəmləndirmək və saçların tökülməsini azaltmaq üçün uğurla istifadə olunur.

Gunaz.az Saglamolun.az-a istinadən belə reseptlərin bəzilərini sizə təqdim edir.

– 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra süzün və saçlarınızı yaxşı yuduqdan və yaxaladıqdan sonra bu dəmləmə ilə yaxalayın. Daha sonra su ilə yaxalamaq lazım deyil.

– Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində qapağı bağlı qazanda qaynatmaq lazımdır. 30 dəqiqə dəmlədikdən sonra dəmləməni süzün və təmiz saçlarınızı bu dəmləmə ilə yaxalayın.

– 2 xörək qaşığı gicitkənin üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmləyin və süzün. Daha sonra təmiz saçları bu dəmləmə ilə yaxalayın.

– 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda qapağı bağlı qazanda qaynatdıqdan sonra süzün. Saçları yaxşı yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə edin.

– 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.

– 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində bağlı qazanda vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ