SON DƏQİQƏ

Xurma haqqında bilmədiyiniz 7 FAKT

Tarix:

20-05-2018, 18:17

/ 10 541 dəfə oxundu.
Xurma haqqında bilmədiyiniz 7 FAKT

Quranda dəfələrlə adı çəkilən, Ramazan ayının rəmzi xurmanın faydalı xüsusiyyətləri olduqca çoxdur.

Gunaz.az bildirir ki, xurma bütün orqanizmə müsbət təsir edir, insana güc verir, əhvalını yaxşılaşdırır, orqanizmin tonusunu qaldırır.

1. Gün ərzində böyüklər 5-7, uşaqlar isə 1-2 iri xurma yeyə bilər. Bundan artıq yox.

2. Bəzi insanlar xurmanı yedikdən əvvəl onun qabığını soyur. Bu səhvdir. Xurmanın qabığında bir çox faydalı maddələr var.

3. Xurma hamilə qadınlar üçün xüsusilə faydalıdır. Doğuş zamanı xurma yemək doğuşu asanlaşdırır. Doğuşdan dərhal sonra bir neçə xurma yeyən qadının vəziyyəti tez yaxşılaşır və südün ifrazı artır.

4. Şərq təbabətində xurmanın tumu müalicəvi vasitə kimi istifadə olunurdu. Tumu qaynadıb böyrək xəstəliklərindən əziyyət çəkənlərə verirdilər. Həmçinin xurma tumunu üyüdüb xora və yaraların üzərinə səpirdilər ki, yaralar iltihablaşmasın və tez bağlansın.

5. Xurma güclü afrodiziakdir – cinsi meyli artırır, cinsi zəifliyi zamanı faydalıdır.

6. Xurma ürək üçün ən faydalı məhsullardan biri sayılır.

7. Xurma xərçəng xəstəliklərinin inkişafından qoruyur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ