SON DƏQİQƏ
» » 15 dəqiqədə dərini ağardan süd maskası- İNANILMAZ NƏTİCƏ

15 dəqiqədə dərini ağardan süd maskası- İNANILMAZ NƏTİCƏ

Tarix:

28-04-2018, 19:38

/ 11 002 dəfə oxundu.
15 dəqiqədə dərini ağardan süd maskası- İNANILMAZ NƏTİCƏ

Dəri bütün bədəni örtən ən böyük orqandır və məntiqlidir ki, o, ətraf mühitin mənfi təsirinə daha çox məruz qalır. Buna görə dəriyə düzgün qulluq etmək lazımdır.

Gunaz.az publika.az-a istinadən bu yazıda oxucuları dərini ağartmağa kömək edən süd maskası resepti ilə tanış edib. Süd dəriyə qulluq etmək üçün müalicəvi vasitədir.

İnqrediyentlər:

2 xörək qaşığı yağsız süd

1 xörək qarğıdalı və ya buğda unu

Yarım limon şirəsi

Hazırlanması:

İnqrediyentləri yüngül ağ məcun olana kimi qarışdırın.

Tətbiqi:

Unutmayın ki, üzə limon çəkdikdən sonra küçəyə çıxmaq olmaz. Çünki bu, ləkə yarada bilər. Ona görə də maskanı yatmazdan 30 dəqiqə əvvəl etmək tövsiyə olunur.

Üzünüzü yuduqdan sonra maskanı masaj hərəkətləri ilə sürtün. 15 dəqiqədən, yaxud da maska quruduqdan sonra üzünüzü yaxalayın. Ehtiyatlı olun ki, maska gözə dəyməsin, çünki limon qıcıq yarada bilər. Əgər maskanı əllərinizlə çəksəniz, əvvəlcə onları yaxşı-yaxşı yumağı unutmayın, axı üz dərisi çox həssasdır. Siz makiyaj fırçasından da istifadə edə bilərsiniz.

Həftədə bir dəfə proseduru yerinə yetirsəniz, istədiyiniz nəticəni əldə edəcəksiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ