SON DƏQİQƏ
» » Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşə bilər

Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşə bilər

Tarix:

10-04-2018, 23:39

/ 10 385 dəfə oxundu.
Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşə bilər

Almaniya səhiyyə sahəsində Azərbaycanla təcrübəsini bölüşmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu səhiyyə turizmi mövzusuna həsr olunmuş Azərbaycan-Almaniya biznes forumu zamanı Almaniyanın Bakıdakı səfirliyinin kommersiya məsələləri üzrə attaşesi Hayke Moskel deyib.

O qeyd edib ki, hər iki ölkənin səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var:

“Almaniyanın səhiyyə müəssisələri Azərbaycanda yeni texnologiyaların tətbiqi, eləcə də səhiyyə turizmi üzrə layihələrin reallaşdırılması sahəsində təcrübəsini bölüşə bilər”.

Qeyd edək ki, biznes forumda səhiyyə turizmi sahəsində fəaliyyət göstərən 130-dan çox şirkətin nümayəndələri iştirak edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ