SON DƏQİQƏ
» » Qışdan yaza sağlam keçmək üçün- 4 MƏSLƏHƏT

Qışdan yaza sağlam keçmək üçün- 4 MƏSLƏHƏT

Tarix:

21-02-2018, 23:51

/ 1 584 dəfə oxundu.
Qışdan yaza sağlam keçmək üçün- 4 MƏSLƏHƏT

Qışda qapalı yerlərdə keçirdiyiniz zamanın artması hərəkətsiz həyata səbəb olur. Soyuq qış günlərində qidalarla orqanizmə lazım olandan artıq enerji alınması, həm kilo artımına həm də müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Qış aylarını sağlam keçirmək, baharda artıq kiloları verməmək üçün diqqət edilməsi lazım olan məqamlara toxunan Diyetolog Merve Sarptaş Büyükince, qış günlərinə xüsusi 4 qidalanma təklifini Gunaz.az sizlərə təqdim edir:


Yüksək enerjili qidalar yeməyin: İnsan bədəninin isti qalması üçün qəbul etdiyi yağ hüceyrələri, kilo almanı artırır. Qışda metabolizm sürətinin azalması və xərclənəndən daha çox enerji qəbulu kilo artmasına yol açır. Üşüyən insanın enerjiyə və qidaya olan ehtiyacı artar. Xüsusilə qış aylarında karbohidrat və yağdan zəngin qidalar yəni yüksək enerjili qidalar yeyilir. İnsan orqanizmi, soyuq havanın təsiri ilə alınan qidaları saxlayıb yağ hüceyrəsinə çevirir. Kilo qəbuluna səbəb olan bu vəziyyətdən xilas olmaq üçün kafi və balanslı bəslənmə əhəmiyyətlidir.


Hava soyuq da olsa bol-bol su için: Yay aylarında həddən artıq tərləmə səbəbiylə insan orqanizminin suya olan tələbatı artır. Ancaq qış aylarında soyuq hava səbəbilə su qəbulu azalır. Bədənin su ehtiyacı nə qədər azalsa da kilo nəzarətini təmin etmək məqsədilə gündə 2,5 litr su içmək lazımdır. Su içməkdə çətinlik yaşayanlar, gündəlik olaraq içəcəkləri suya darçın, mixək və ya limon ilə ətirli hala gətirərək asanlıqla su içə bilərlər.


İmmunitet sisteminizi gücləndirin: Qışda açıq sahələrdən uzaqlaşma səbəbilə fiziki fəaliyyətlər ciddi mənada azalır. Bu vəziyyət kalori xərcinin önünə keçməməli, idman zalları və ya ev kimi isti mühitlərdə fəal olmağa davam edilməlidir. Qışda edilən pəhrizin bədən müqavimətini salacağı qorxusu, kilo alışını asanlaşdırır. Uyğun pəhriz proqramı bədən müqavimətini təmin etməklə formada qalmaq mümkündür. Düzgün qidalanma proqramı tətbiq etmək, azad sistemini qüvvətləndirərək  xəstəliklərin qarşısını almaqda rol oynayır.

Qışda gündə 6 dəfə yemək yeyərək sağlam qalın: 3 əsas və 3 ara yemək yeyərək bəslənilməlidir.Pendir, yumurta, zeytun, qara çörək və mövsümi tərəvəzlərdən ibarət olan sağlam bir səhər yeməyi,qızarılmış ət-toyuq, balığ, salat, 1 dilim qara çörəkdən ibarət yemək yeyilməlidir. Axşam saatlarında bitki yağılı tərəvəz yeməyi, qatıq və salat kimi yüngül yeməklərlə bəslənilməlidir. Təzə və ya qurudulmuş meyvə, süd, ayran, badam qoz yeyilərək lazımlı enerji və sağlam qidalar zamanında qəbul edilmiş olur. Bu tərz qidalanma sayəsində, axşam yeməyindən sonra qəbul edilən qeyri-sağlam yeməklər gecələr qəbul olunmamış olur.

 

Səidə Seyidova

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ