SON DƏQİQƏ

Makiyajların istifadə müddəti nə qədərdir?

Tarix:

16-02-2018, 22:48

/ 1 232 dəfə oxundu.
Makiyajların istifadə müddəti nə qədərdir?

Tez-tez gündəlik həyatımızda istifadə etdiyimiz makiyajların müddəti bitikdən sonra zərərli ola bilir,buna görə də onların nə zamana qədər istifadə edəcəyimizi bilməliyik.

Gunaz.az  məlumat verir ki,dırnaq boyaları uzunömürlü deyil. 6 ay və ya bir il içində quruya bilər. Hər istifadədən qabaq şüşəni çalxalayaraq ömrünü uzada bilərsiz.

Tuş çox tez mikrob yarada bilir. 3 aydan bir dəyişdirməyiniz məsləhətdir. Əks halda gözlərinizə infeksiya düşə bilər.

Alkol tərkibli olduğu üçün ətirləri 5 il saxlamaq mümkündür. Qoxusunda bir dəyişiklik hiss etsəniz, tez atın.

Tonal krem və örtücü kimi maye halında olan makiyaj məhsullarını uzun müddət saxlamaq olmur. Bir il sonra yenisini almağınız məsləhətdir.

Dodaq boyası, ənlik və göz kölgələri ən az 3-4 il xarab olmazlar. Qırıldıqda belə başqa bir qaba qoyub istifadə etməyiniz mümkündür.

Nəmləndirici kremlər asanlıqla xarab ola bilir. Əl təması nəticəsində tərkibinə mikrob daxil ola bilər. 1-2 il sonra mütləq dəyişdirməyiniz lazımdır.

скачать dle 12.1

Şərhlər