SON DƏQİQƏ

Dişlərmizə nələr zərər verir? -SİYAHI

Tarix:

9-02-2018, 21:25

/ 1 372 dəfə oxundu.
Dişlərmizə nələr  zərər verir? -SİYAHI

 

Gunaz.az xəbər verir ki,dişlərə ziyan verən, qidalardakı turşulardır. Bəzi qidaların tərkibində dişlərə ziyan verə biləcək turşular vardır. Həmin qidalardakı karbohidrat ağız boşluğundakı bakteriyaların köməyi ilə turşuya çevrilərək, dişlər üçün olduqca ziyanlı bir mənbə əmələ gətirir. Ona görə də dişləri karbohidrat və turşu ilə zəngin olan qidalardan qorumaq lazımdır.

Siqaret

Diş və diş ətinizə ziyan verir. Pis ağız qoxusunun meydana gəlməsinə səbəb olur.

Spirt

Ağızdakı turşuları azaldan ilk vasitə ağız suyudur. Ona görə də ağız quruluğuna səbəb olacaq hər bir qida dişlər üçün ziyanlıdır. Spirt də ağız quruluğuna səbəb olduğu üçün isifadə edilməməlidir.

Meyvə suları

PH dəyəri 7-dən az olan qidalar dişlər üçün zərərlidir. Meyvə sularının ph dəyəri 2.5 olduğundan bu siyahıda yer alırlar. Mümkün qədər meyvə sularını çubuqlarla içməyə çalışın ki, dişlərinizlə təmas etməsin.

Limon

Limon da ph dəyəri 7-dən aşağı olan qidalardandır. PH dəyəri 2 olan limon dişləriniz üçün zərərlidir. Tərkibindəki turşular da eyni zamanda dişlərin mina qatını zədələyir.

Kola

Ən ziyanlı içkilərdən biridir. Çünki tərkibində həm ortofosfat və sitrit turşusu vardır ki, bunlar da dişlər üçün çox ziyanlıdır.

Enerji içkiləri

Enerji içkiləri də kola kimi ortofosfat, sitrit turşuları ilə zəngindirlər. Bu da həm diş, həm də sağlamlığınız üçün çox təhlükəlidir.

Marmelad

Marmelad dişlərə zərərli olan qidalar sırasındadır. Çünki, tərkibində yüksək şəkər və astirit turşusu vardır.

Quru meyvələr

Quru meyvələrin tərkibində yüksək miqdarda karbohidrat vardır. Quru meyvələr dişlərə yapışaraq ağız boşluğunda uzun müddət qaldığından dişdə bakteriyaların yaranmasına və diş çürüklərin yaranmasına səbəb olur. Ona görə də quru meyvə yedikdən sonra dərhal dişləri fırçalamaq və ya şəkərsiz saqqız çeynəmək lazımdır.

Buz

Olduqca sərt və soyuq olan buz dişlərə toxuduğunda mina qatına ziyan verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ