SON DƏQİQƏ
» » Ürək xəstəliklərinin qarşısını almanın TƏBİİ YOLLARI

Ürək xəstəliklərinin qarşısını almanın TƏBİİ YOLLARI

Tarix:

4-02-2018, 21:41

/ 1 832 dəfə oxundu.
Ürək xəstəliklərinin  qarşısını  almanın TƏBİİ YOLLARI

Qan-damar sistemində yaranan problemlər ürək fəaliyyətinin pozulmasına səbəb olur. Damarların tıxanması nəticəsində müxtəlif ürək xəstəlikləri meydana gəlir.

Gunaz.az oxucularına qan damarlarının təmizlənməsi üçün faydalı olan meyvə və tərəvəzlərin siyahısını sizə təqdim edir.

Sarımsaq.

Sarımsaq müxtəlif xəstəlikləri, o cümlədən, ürək fəaliyyəti ilə bağlı xəstəlikləri müalicə etmək üçün ta qədimdən istifadə edilib. Çoxsaylı tədqiqatlar sarımsağın damarları təmizləmək üçün əla vasitə olduğunu üzə çıxarıb.

Üzüm.

Üzümün tərkibində çox olan antioksidant sayəsində orqanizmdə yağ mübadiləsini normallaşdırır, arterial damarların tıxanması və tromb yaranması riskini azaldır və ürək xəstəliklərinin qarşısını alır.

Zeytun yağı.

Zeytun yağının faydaları saysızdır. Bu yağın istifadəsi qanda zərərli xolesterinin toplanmasının qarşısını alır.

Mərcanı.

Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir. Bu giləmeyvə hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır.

Pomidor.

Koreyalı alimlərin araşdırmalarına görə, pomidor tərkibində olan likopen maddəsi sayəsində damarların daralmasının qarşısını alır. Likopen həm də şiş yaranmasına qarşı güclü antioksidantdır. Onun müntəzəm istifadə olunması qocalma prosesini zəiflədir.

Şpinat.

Şpinat hipertoniyanın, xolesterin yığılmasnın və ürək çatışmazlığı xəstəliyinin qarşısını alır.

Kivi və qovun.

Kivi və qovun yüksək antioksidant tərkibi ilə tanınır və bu, xolesterol səviyyəsini effektiv şəkildə azaldır. Gündəlik az miqdarda belə olsa qovun və kivi yemək arteriyaların təmizləməsini təmin edir.

Nar.

Nar aterosklerozun inkişafına mane olur və qan damarlarının divarlarının sıxılmasını yavaşladır.

Yulaf.

Yulaflar yüksək miqdarda həlledici lifə malikdir və orqanizmdə xolesterin yığılmasına mane olur. Gündə yalnız 1,5-2 fincan yulaf sıyığı qanda xolesterinin səviyyəsini 20% azalda bilər.

Ümumiyyətlə, arteriyaların təmizlənməsi üçün hər hansı bir radikal üsula müraciət etməyinizə və ya xüsusi qaydalar tətbiq etməyinizə ehtiyac yoxdur. Sağlam həyat tərzi sürmək və yuxarıda sadalanan siyahıdakı məhsulları istifadə etmək kifayətdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ