SON DƏQİQƏ
» » Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı

Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı

Tarix:

31-01-2018, 14:41

/ 1 272 dəfə oxundu.
Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var.

Gunaz.az xəbər verir ki, bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

O qeyd edib ki, son illərdə talassemiya xəstələrinin sayında artım məhz daşıyıcıların ailə qurması ilə əlaqədar olub: "Hazırda ölkədə 3105 irsi qan xəstələri, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır. Son dövrlərdə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində talassemiya daşıyıcısı olan körpələrin doğulması halları azalıb".

V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var".

Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olub. Cari ilin sonunadək 10 talassemiya xəstəsinə bu əməliyyatın olunması planlaşdırılır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ