Zeytun yarpağından hazırlanan çayın faydaları

Zeytun yarpağı hələ çox qədimlərdən müalicə məqsədi ilə istifadə olunub amma bu yarpaq haqqında həmişə araşdırmalar aparıldığından məlumatları da yeniləmək lazımdır. Zeytun yarpağı, şəkəri və qan təzyiqini aşağı salır, bu demək deyilki şəkəri və təzyiqi normal olanlar istifadə etməməlidirlər, xeyr istifadə edilməlidir sadəcə 1 stəkan dəmləməsinə 1 çay qaşığı bal qarışdırıb istifadə edəndə şəkər və təzyiq daimi normada olur. Zeytun yarpağı qaraciyərin dostudur, qaraciyər piylənməsində, hepatitlərdə, öd durğunluğunda, yüksək xolesterində, yüksəlmiş lipidlərdə (ALT, AST, TRİQLİSERİDLƏRDƏ) yüksəlmə varsa zeytun yarpağından hazırlanan çay idealdır.

Milli.Az fizulihuseynov.com-a istinadən bildirir ki, zeytun yarpağı həmdə ürəyimizin dostudur qan damarlarını açır, qan dövranını yaxşılaşdırır, bədən soyuqluğu, reyno sindromu, ateroskleroz və infarkt keçirmiş adamlar üçün çayın içilməsi tövsiyyə edilir. Zeytun yarpağının çayı beynimiz üçün də çox faydalıdır, beləki, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, miqren xəstələri, dağınıq skleroz, skleroz, hətta beyin şişi (xoşxassəli) xəstəliklərində içilməsi çox faydalıdır, göz görməsinə yaxşı təsir edir, revmatizm əleyhinə təsiri vardır. Zeytun yarpağının çayı çox əla bir bədən təmizləyicisidir, beləki bədəndə yığılmış şlakları, piyləri, toksinləri atmaq üçün əla bir vasitədir arıqlamaq istəyənlər üçün də ziyansız faydalı bir üsuldur. Zeytun yarpağının çayı antibakterial xüsusiyyətləri də vardır. Məsələn, 2 xörək qaşığı zeytun yarpağını 1 stəkan suda 5 dəq zəif qaynadıb sağalmayan irilənmiş yaraları bu dəmləmə ilə tez-tez isladın, qadınlarda uşaqlıq iltihabında zeytun yarpağı çayı həm içilir həm də uşaqlıq yolu şırınqa edilərək yuyulur. 5 xörək qaşığı zeytun yarpağını 3 stəkan suda 5 dəq qaynadıb 15 dəq dəmləyib süzün saçlarınızı yuduqdan sonra bu su ilə başınızı yaxalayın baş qaşınmalarında, göbələklərdə, saç dibi seboreyasında, baş dərisi səpgilərində faydalıdır. Zeytun yarpağı çayı əla bir antioksidantdır bəd xassəli şişlərə və sistem xəstəliklərinə tutulmamaq üçün çayın içilməsi çox faydalıdır. Zeytun yarpağı çayı nə qədər faydalıdırsa da çayın dəmləməsi o qədərdə xoşagələn deyil ona görə biz müxtəlif vasitələrdən istifadə edərək dadlı çay dəmləməliyik ki, insanlar üçün həm rahat olsun həmdə xoşagələn.

1. 3 çay qaşığı qurudulmuş zeytun yarpağı 3 stəkan suda 15 dəq dəmlənib süzülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.

2. 2 çay qaşığı qurudulmuş zeytun yarpağı 1 çay qaşığı yaşıl çay 3 stəkan suda dəmlənilir gündə 3 dəfə içilir

3. 2 çay qaşığı zeytun yarpağı 1 çay qaşığı qabıq darçın (toz olmasın) 3 stəkan suda dəmlənilib içilir

4. 2 çay qaşığı zeytun yarpağı 6-7 ədəd mixək 3 stəkan suda dəmlənilib içilə bilər

5. 3 çay qaşığı zeytun yarpağı yarım limon (qabıqlı vəziyyətdə) 3 stəkan suda dəmlənilib zövqə görə bal qarışdırılıb içilə bilər.

6. 2 çay qaşığı zeytun yarpağı qoz boyda təzə zəncəfil 3 stəkan suda dəmlənilib içilə bilər. Zeytun yağından hazırlanılmış zeytun kremidə çox faydalıdır zeytun yağını daha da zənginləşdirmək üçün 200 qram rafinə olunmamış zeytun yağını dəmir qaba töküb, içinə 3 çay qaşığı doğranılmış zeytun yarpağı və 50 qram arı mumu qarışdırın sobaya 50 dərəcə temperaturda 5 saat sobada saxlayın sonra sobadan götürün, soyuduqdan sonra krem formasını alacaqdır bu kremdən pişməcə, sivicə uşaqlarda diatez səpgiləri, üzdə sızanaqlar zamanı istifadə edə bilərsiniz, kremin yanıqlar əleyhinə də təsiri vardır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]