SON DƏQİQƏ
» » Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil ediləcək

Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil ediləcək

Tarix:

22-12-2017, 07:38

/ 1 602 dəfə oxundu.
Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzi yenidən təşkil ediləcək.

Gunaz.az xəbər verir ki, bununla bağlı sərəncamı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncama əsasən Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu veriləcək. Muxtar respublikanın Nazirlər Kabinetinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək, Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqların publik hüquqi şəxsin balansına verilməsini təmin etmək, muxtar respublikanın Vergilər Nazirliyinə isə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ