SON DƏQİQƏ

Allergiyadan ömürlük xilas olmaq İSTƏYİRSİZ?

Tarix:

7-06-2017, 07:14

/ 3 131 dəfə oxundu.
Allergiyadan ömürlük xilas olmaq İSTƏYİRSİZ?

Avstraliyalı genetiklər allergiyanın gen terapiyası vasitəsilə müalicəsini təklif edir. Bu yolla immun hüceyrələrinin "yaddaşı" təmizlənmiş olacaq.
Bir çox bioloqun fikrincə, allergiyaların yaranma səbəbi insanın həddən çox təmiz şərtlərdə yaşamasıdır. Uşaqlıqda immun sistemi əsl mikrobları toz və bu kimi zərərsiz hissəciklərdən ayırmaq üçün kifayət qədər informasiya əldə etmir. Məhz bu amil gələcəkdə müxtəlif allergiyaların formalaşmasına səbəb olur.
Mütəxəssislərin həyata keçirdiyi təcrübələr nəticəsində məlum olub ki, DNT-yə müdaxilə etdikdən sonra allergik xüsusiyyətlər dəyişə bilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 30 faizdən çoxu müxtəlif allergiyalardan əziyyət çəkir. (Trend)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ