SON DƏQİQƏ

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTOLAR

Tarix:

22-05-2017, 09:15

/ 8 209 dəfə oxundu.
Yer üzünün ən zərərli 19 məhsulu! - FOTOLAR

Təəssüf ki, günümüzdə sağlamlıq üçün faydalı yemək tapmaq artıq çətinləşib.  Lakin çox az adam bilir ki, faydalı sayılan bir çox məhsulların tərkibində də zərərli maddələr var.
Publika.az bu yazıda oxucuları dünyanın ən zərərli məhsulları ilə tanış edib.
1. Suxarılı toyuq kotletiZərərli inqrediyent: qırmızı karregen № 40, diqliserid (qliserinin mürəkkəb efirləri, üzvi və mineral turşuları)
Toyuq kotletlərinin tərkibində tez xarab olmasına imkan verməyən çoxlu sintetik inqrediyentlər var.
2. Meyvə şirəsiZərərli inqrediyent: Fruktoza.
Hətta bir stəkan 100% təbii şirədə belə 36 qrama qədər şəkər var, özü də bu şəkər dərialtı piylərin yaranmasına səbəb olur.
3. Ağ şəkərZərərli inqrediyent: Şəkər.
Ağ şəkər xüsusilə zərərlidir, ancaq xüsusi ilə qənnadı məhsullar piylənməyə gətirib çıxarır.
4. PopkornZərərli inqrediyent: Trans-yağlar.
Məlum olduğu trans-yağlar ürəyin fəaliyyitinə çox pis təsir edir.
5. Energetik içkilərZərərli inqrediyent: Saxaroza, qlükoza, kofein.
Hər bir enerji içkisinin tərkibi özündə kofein və şəkər kimi səmərəsiz bahalı kimyəvi maddələri ehtiva edir. Yeri gəlmişkən, energetik içkilər kola ilə müqayisədə 11% daha çox kariyes yaradır.
6. Diyetik kolaZərərli inqrediyent: Karamel, boyaq maddəsi, bisfenol A, bromiro bitki yağı, aspartam.
Bir şüşə kola kanserogen boyaq maddələri, eyni zamanda piylənmə yaradan sintetik şəkər ehtiva edir.
Sitrus içkilərinin tərkibinə isə bitki yağı, sonsuzluq yarada bilən və trioid vəzinin işini pozan maddələr daxildir.
7. Bulyon ədviyyatlarıZərərli inqrediyent: Natrium qlutamat, sarı № 6, sarı № 5.
Qlutamat iştahın süni stimullaşdırılması üçün istifadə olunur, halbuki sintetik sarı rənglər uşaqlarda hiperaktivlik və diqqət pozğunluğuna gətirib çıxarır.
8. Ərinmiş yağda qızardılmış hazır məhsullarZərərli inqrediyent: Hidrogenləşməyilmiş yağ.
Toyuq, kartof və yağda qızardılmış digər hazır məhsullar piylənməyə gətirib çıxarır. Amma bu, hələ hər şey deyil: Hidrogenləşməyilmiş yağ depressiya yarada və arteriyalarda qan laxtalanmasına kömək edə bilər.
9. Ferma qızıl balığıZərərli inqrediyent: Omeqa-6.
Atlantik qızılbalığı bütün fermalarda yetişdirilir və onun tərkibində iltihab doğuran təhlükəli omeqa-6 yağ turşuları var. Bundan əlavə, ona çəhrayı rəng vermək üçün hələ 1979-ci ildə qadağan olunmuş kimyəvi kanserogen maddələrdən istifadə edirlər.
10. Soyuq çay butulkalardaZərərli inqrediyent: algineyt propilen qlikol (E405)
Bu qatılaşdırıcı, stabilizator və emülsifiya edici maddə ürək-damar və neyrotoksik xəstəlikləri yarada bilər.
11. Ət məhsullarıZərərli inqrediyent: Nitrat, natrium.
Nitratlar orqanizmində şəkərin mənimsənilməsini pozur, bu isə diabetə gətirib çıxara bilər. Bundan başqa, qalxanabənzər vəzi və bağırsaq xərçənginin yaranması riskini artırır. Natrium isə ürək-damar xəstəlikləri ilə nəticələnə bilən hipertenziyaya gətirib çıxarır.
12. Duza qoyulmuş xiyarZərərli inqrediyent: Benzoat natrium, benziat kalium.
Eksperimentlər göstərir ki, benzoatlar hüceyrələr üçün zərərlidir, hətta DNT-ni (DNT - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirəbilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslarda daxil olmaq üzrə DNT-yə sahibdir) dağıda bilər.
13. Rənglənmiş portağalZərərli inqrediyent: Qırmızı sitrus rəngi №1 və №2.
Portağalın daha cəlbedici və yetişmiş görünməsi üçün onu adətən boyaq maddələri ilə rəngləyirlər. Boyaq maddəsi xromosomlara ziyan vura və xərçəng yarada bilər.
14. Fastfood restoranalarındakı mayonezZərərli inqrediyent: Sorbat kalium.
Sorbat kalium kanserogen maddə kimi tanınır, çünki məməli heyvan hüceyrələri mutasiya doğurur.
15. Donmuş balıq və dəniz məhsulları
Zərərli inqrediyent: Butilhidrokinon
Böyük miqdarda bu konservant mədə xərçənginə gətirib çıxara bilər.
16. SaqqızZərərli inqrediyent: Bütillə edilmiş hidroksianisol
Bu maddə ağızda çeynəmə zaman ayrılır. Böyük miqdarda bu konservant qan laxtalanmasına maneə olur və xərçəng şişlərinin artmasına gətirib çıxarır. Böyük Britaniya, Yaponiya və bir çox avropa ölkələrində qadağandır.
17. Ağ unZərərli inqrediyent: Xlor dioksid.
Bu, teratogen ağardıcı vasitə kanserogen maddədir.
18. Butulkalarda suZərərli inqrediyent: Bisfenol A.
Su butulkalarında, ümumiyyətlə plastik qida qablarında bisfenol A olur və cüzi miqdarda fəaliyyət göstərir. O, kişilərin sinəsində hormonal disbalans, həmçinin xərçəng və sonsuzluq yarada bilər.
19. Süni şokoladZərərli inqrediyent: Sorbat-60
Bu emuqlator (emulsiyanın alınmasını təmin edən və təbii şəraitdə qarışmayan maddələr qarışığını stabilləşdirən səthi aktiv maddələrdir) qarğıdalı, palma yağı, neftdən hazırlanır və heç vaxt xarab olmur. Problem ondadır ki, bu maddə də yuxarıdakılar kimi xərçəng törədir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ