SON DƏQİQƏ

Çuğundurun faydaları

Tarix:

18-01-2017, 22:35

/ 3 268 dəfə oxundu.
Çuğundurun faydaları

Çuğundurun faydaları haqqında məlumat verilir:
Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.
Bu maddələr orqanizmdən artıq mayeni çıxarır və ürəyin normal fəaliyyətinə müsbət təsir göstərir. Bu səbəbdən ateroskleroz, gipertoniya və ürək-damar xəstəliklərində qida rasionuna çuğundur əlavə etmək məsləhət görülür.
Çuğundurun tərkibində pektin maddəsinin miqdarı çoxdur və bu maddə orqanizmə radioaktiv metalların təsirindən qorunmağa, zərərli mikro orqanizmlərin yaranmasının qarşısını almağa və zərərli xolesterini orqanizmdən çıxarmağa kömək edir.
Çuğundur qan yaradır. Tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır.
Yorğunluq, əldən düşmə nəticəsində yaranan ciddi xəstəliklər zamanı məsləhət görülür. 
Çuğundur şirəsi qanın tərkibini yaxşılaşdıran ən yaxşı şirə sayılır. Amma bu şirəni yavaş-yavaş içmək lazımdır. Çünki 1 stəkan çuğundur şirəsi ürəkbulantısı və başgicəllənməsinə səbəb ola bilər. 
Çuğundur şirəsi angina, soyuqdəymə və faringitin müalicəsində də tətbiq edilir. Bu şirənin damcısı eşitmə qabiliyyətini yaxşılaşdırır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ