SON DƏQİQƏ
» » Stress ürək-damar xəstəlikləri və insult riskini artırır

Stress ürək-damar xəstəlikləri və insult riskini artırır

Tarix:

12-01-2017, 17:58

/ 5 100 dəfə oxundu.
Stress ürək-damar xəstəlikləri və insult riskini artırır

Beynin amiqdala adlanan hissəsinin yüksək aktivliyi stressə səbəb olur. Bu da insanlarda ürək xəstəlikləri və insult riskini artırır.

Harvard Tibb Məktəbinin alimləri bu iddianı araşdırmaq üçün 293 xəstənin üzərində tədqiqat aparıb.

Tədqiqatçılar xəstələrin beyin, sümük iliyi, dalaq aktivliyini və arteriyalarının iltihabını qeyd etmək üçün onlar üzərində birləşdirilmiş PET müayinəsi və kompüter tomoqrafiyası həyata keçirib. Xəstələrdə ürək-damar xəstəliklərinin inkişafını müəyyən etmək üçün onlar 3 ildən artıq izlənilib. Nəticədə 22 xəstədə infarkt, angina, ürək çatışmazlığı, insult və periferik arterial xəstəliklərinə rast gəlinib. Belə ki, yüksək amiqdala aktivliyi olanlarda ürək-damar xəstəlikləri riski az aktiv olan insanlara nisbətən çox olub. Alimlər amiqdaladakı yüksək aktivliyin sümük iliyinin fəaliyyəti və arteriyaların iltihabı ilə bağlı olduğunu və bunun ürək-damar xəstəlikləri riskini artırdığını müəyyən ediblər.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ