SON DƏQİQƏ
» » Hansı hallarda qazilər reabilitasiya mərkəzlərinə köçürülə bilər? - RƏSMİ

Hansı hallarda qazilər reabilitasiya mərkəzlərinə köçürülə bilər? - RƏSMİ

Tarix:

3-04-2021, 17:29

/ 2 204 dəfə oxundu.
Hansı hallarda qazilər reabilitasiya mərkəzlərinə köçürülə bilər? - RƏSMİ

"Bəzən qazilərimiz hospitalda müalicə olunması üçün müraciət edirlər. Biz çalışırıq ki, onlar qayğıdan kənarda qalmasınlar. Lakin qaydalar və qanunlar var”.

GünAz.az xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

 

Jurnalistlərin qazilərin hansı halda reabilitasiya mərkəzlərinə köçürülməli olduqlarına dair sualını isə F.Nəbiyev belə cavablandırıb:

"Kimlər ki, hazırda hərbi xidmətini davam etdirir, tərxis olunmayıblar, onlar Müdafiə Nazirliyinin Hərbi Poliklinikasına müraciət edirlər və göndəriş götürərək reabilitasiya mərzkəzlərinə gedə bilirlər. Digərləri (yəni tərxis olunanlar) isə öz hərbi komisarlıqlarından arayış götürərək xəstəxanalara müarciət edə bilərlər. Onlara heç bir məhdudiyyət qoyulmur”.

скачать dle 12.1

Şərhlər