SON DƏQİQƏ

Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

Tarix:

23-01-2021, 08:58

/ 5 267 dəfə oxundu.
Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

GunAz.az xəbər verir ki, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ