SON DƏQİQƏ

İtkin düşən daha bir zabitimizin şəhid olduğu müəyyənləşdi

Tarix:15-01-2021, 20:44 Oxunub:5 649

Vətən müharibəsində itkin düşən kapitan Elnur Cəbrayılovun şəhid olduğu müəyyənləşib.

Bu barədə "Qafqazinfo"ya şəhidimizin yaxınları məlumat verib.

Uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılıb.  Nəşin şəhid zabitimizə məxsus olduğu DNK analizi ilə təsdiqlənib. Şəhidimiz sabah Göygöldə torpağa tapşırılacaq.

Qeyd edək ki, ailəsi Elnur Cəbrayılovla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilib. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib. 

Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı yadigar qaldı.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<