SON DƏQİQƏ
» » "Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur"-ŞƏHİDDƏN QANDONDURAN SÖZLƏR

"Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur"-ŞƏHİDDƏN QANDONDURAN SÖZLƏR

Tarix:

4-12-2020, 16:37

/ 7 012 dəfə oxundu.
"Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur"-ŞƏHİDDƏN QANDONDURAN SÖZLƏR

Deyirlər:"Müharibədə qalib gəlmək üçün sonuncu nəsil silahlar olmalıdır".
Razıyam, bəli olmalıdır... Vacibdir!..Amma gedən müharibələrə səyahət edərək, analitik yanaşsaq görərik ki, heç də hər şeyi silah həll etmir... Vacib olan insanın ruhudur, hansı ki, ona Vətən sevgisi və qeyrət təəsübkeşliyi hisslərini verir. O, hisslər ki, insanın qəbul etdiyi qərarda hər şeydən və hər kəsdən irəlidə olur... Vətən Müharibəsi başlanan gündən Azərbaycan əsgəri 1992 çi ildə olduğu kimi özünün şücaəti ilə Qəhrəmanlıq salnaməsini yazmaqda davam etdi... Əsgər döyüşə gedir bir istək və fikir ilə :"Vətən Sağ olsun".Bizim Qəhrəman xalqın ən qədim və ən müasir silahı da budur... Yüzlərlə Qəhrəmanlıq səlnaməsi yazan əsgərlərimizdən biri də Şəhidlik zirvəsinə yüksələn əzizimiz Vətənin qeyrətli, qəhrəman oğlu Ağacəfərli Ağamid Şirzaid oğludur. Azərbaycan Respublikasınin ayrılmaz,dilbər güşəsi olan Lerik rayonundan Könüllü olaraq Vətən Müharibəsinə getdi... Döyüş tapşırığını yerinə yetirərək Şəhid oldu. Onun cibindən öz əli ilə yazdığı və imzası ilə təstiq olunan yazısi çıxdı: " Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur".Bu yazı artıq Şəhidimiz Ağamid Şirzaid oğlunun vətənpərvər ,qəhrəman övlad olduğunu təsdiq edir... Allah sizin kimi Vətən Şəhidlərinə Rəhmət Eləsin
05.12.2020 il tarixində Qəhrəman Şəhidimizin 40 mərasimi Lerik rayonunda keçiriləcək... Allah yaxın əzizlərinə səbr versin... Amin...


 "Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur"-ŞƏHİDDƏN QANDONDURAN SÖZLƏRFirengiz Salmanova

 "Vətən sağ olsun... Ölmək Var... Dönmək Yoxdur"-ŞƏHİDDƏN QANDONDURAN SÖZLƏR

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ