SON DƏQİQƏ
» » Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi - Lavrov

Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi - Lavrov

Tarix:

21-11-2020, 20:51

/ 4 900 dəfə oxundu.
Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi - Lavrov

Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda bildirib.

"Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir", - Lavrov söyləyib.

скачать dle 12.1

Şərhlər