SON DƏQİQƏ
» » “Biz danışıqların tam hüquqlu tərəfi deyilik” - Koçaryandan ETİRAF

“Biz danışıqların tam hüquqlu tərəfi deyilik” - Koçaryandan ETİRAF

Tarix:

28-05-2021, 16:49

/ 3 781 dəfə oxundu.
“Biz danışıqların tam hüquqlu tərəfi deyilik” - Koçaryandan ETİRAF

Ölkələr arasındakı sərhəd xətti demarkasiya edildikdən sonra tanınır, bu da Ermənistanla Azərbaycan arasında həyata keçirilməyib.

GunAz.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib.

 

"Bu sərhəd xəttinin bir çox yerlərdə dəqiqləşdirilməsinə ehtiyac var. Bu uzun və olduqca problemli prosesdir. Hər metr torpaq üçün danışıqlar aparılır. Əsasən sərhədin bir hissəsi çox tez demarkasiya edilir, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər də olur”, – deyə R. Koçaryan qeyd edib.

O, həmçinin əlavə edib ki, Ermənistan indi zəifləmiş vəziyyətdədir:

"Bu gün biz danışıqların tam hüquqlu tərəfi deyilik, bu gün bütün ümidimiz yalnız Rusiyadır. Kimin nə deməsindən asılı olmayaraq, ötürmə Rusiya Federasiyası tərəfə edilir. Bunun başqa bir təhlükəli məqamı da var – əgər məsələ həll olunmursa, şüurda belə bir fikir formalaşır ki, demək Rusiya bunu istəmir. Günahın səndə olmasına baxmayaraq, konspiroloji nəzəriyyə işə düşməyə başlayır. Məsuliyyət başqalarının üzərinə atılır. Hazırkı hakimiyyət bu məsələlərdə çox bacarıqlıdır”, – Ermənistanın keçmiş prezidenti fikrini tamamlayıb.

Beləliklə, İrəvanda açıq şəkildə etiraf edirlər ki, Ermənistan danışıqlarda tam hüquqlu tərəfi deyil, Rusiya Federasiyasının vassalı rolunu oynayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ