SON DƏQİQƏ
» » Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

Tarix:

22-05-2021, 21:56

/ 3 250 dəfə oxundu.
Akopyan sirri açdı: Qazaxın 7 kəndi niyə gündəmdədir?

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir

GünAz.az erməni mediasına istinadən Akopyanın fikirlərini təqdim edir:

 

– Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı;

– Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi;

– Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib;

Şuşaya "İsgəndər” atdıqları etirafını da Akopyan etmişdi, sonradan bu təsdiqini tapdı. İndi Qazaxın kəndləri və Kərki ilə bağlı sirləri açır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ