SON DƏQİQƏ

Kanadanın bu qərarı qərəzlidir - İran

Tarix:

22-05-2021, 19:09

/ 3 819 dəfə oxundu.
Kanadanın bu qərarı qərəzlidir - İran

Ukraynaya məxsus təyyarənin Tehran səmasında vurulmasına dair Kanada məhkəməsinin qərarının heç bir əsası yoxdur.

GünAz.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Kanada məhkəməsinin başqa dövlətin ərazisində baş verən hadisə ilə əlaqədar qərar verməyə ixtiyarı yoxdur. Bu qərar qərəzlidir və siyasi xarakter daşıyır.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Tehrandan Kiyevə uçan "Boinq-737” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan iki dəqiqə sonra raket atəşi ilə vurulub. Nəticədə 176 nəfər həlak olub.

Ötən həftə Kanada məhkəməsi bu məsələni araşdıraraq qərar qəbul edib. Qərarda təyyarənin bilərəkdən vurulduğu və bu hadisənin terror aktı olduğu əksini tapıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ