SON DƏQİQƏ
» » “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir

“Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir

Tarix:

21-05-2021, 17:22

/ 2 846 dəfə oxundu.
“Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.

GünAz.az xəbər verir ki, yeni dəyişikliklə dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

Əvvəllər isə sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınırdı.

Qanun layihəsinə dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

скачать dle 12.1

Şərhlər